Yuxuda İynə görmək

Yuxuda İynə görmək
Yuxuda İynə görmək
Yuxuda iynədən istifadə etmək çox yaxında hüzn, kədərə işarədir. Bu o deməkdir ki, siz yaxın adamınızın rəğbətini itirərək əzab çəkəcəksiniz. Sapla-iynə görmək o deməkdir ki, siz öz işlərinizdən daha çox başqalarının qayğısına qalacaqsınız. İynə itirmək boş, əbəs yerə həyəcanlara işarədir. İynə tapmaq o deməkdir ki, sizi yüksək qiymətləndirəcək dostlarınız meydana çıxacaq. İynəni qırmaq tənhalıq və yoxsulluq əlamətidir. İynə tapmaq – mübahisəyə uğrayacaqsınız;hədiyyə almaq – dostunuzla ayrılığa işarədir. Iynə –təhqir, gizli intiqam, hiylə, zəhmətsevərlik əlamətidir. Üzərində qan izləri olan iynə görmək qohumlarınızdan birinin məkrli niyyətindən xəbər verir.Uzun saplı iynə görmək – seçki olmadan hakmiyyətə gələcəyinizə və özünüzə hörmət edilməsinə nail olacağınıza işarədir. Yerə atılmış çoxlu iynə görmək bir çox insanların ölümünə səbəb olan dedi-qodu, fitnəyə işarədir. İynəli heyvan görmək – bəşəriyyət elə bir düşmən qazanacaq ki, onunla mübarizə çox çətin olacaq. Yuxuda özünə iynə sancan adam görmək – gələcəkdə elə bir insan peyda olacaq ki, Yer kürəsində baş verəcək fəlakətin qarşısını almaq üçün özünü qurban verəcək.Yuxuda iynə ilə yazılmış “X” hərfi görmək – on il ərzində insanlar daha yaxşı həyat tərzi sürməyə başlayacaqlar.Yuxuda insanın ürəyindən iynə çıxarmaq – bəşəriyyəti qat-qat irəliyə aparan elmi kəşflərdə bilavasitə iştirak etməyə işarədir.Yuxuda iynə yağışına tutulmaq qara qüvvələrin fəallaşmasına işarədir.

Yuxuda İynə görmək: Yuxu Yozmaları,Yuxuların mənası,Yuxuda nə gördün,Yuxumun mənası nədir,Nəyə görə yuxu görürük,ən yeni yuxu yozmaları, yuxuyozma.club `da oxuya bilərsiniz.

Şərh göndərin

Daha yeni Daha eski