Süni Zəka nədir? Süni Zəka bizə necə bir gələcək təqdim edəcək?

 Süni Zəka nədir? Süni Zəka bizə necə bir gələcək təqdim edəcək?

Hərkəsə salam “Maşınlar düşünə bilərmi?” sualını ilk dəfə ortaya atmasından 59 il keçib. Bu gün kompüterlər şahmat çempionunu məğlub edə bilir, bilik yarışlarında iştirak edir, hətta müəyyən alqoritmlərlə müstəqil qərarlar verir.   

Süni zəka nədir


Süni Zəka nədir?

İlk dəfə, akademik anlayış olaraq 1956-cı ildə ortaya atılan bu metodun məqsədi, problemlərin həll olunmasında insan zəkasının göstərdiyi performansın göstərilməsi idi. Təbii ki, o zamanlar bir dəmir parçasının insandan daha dəqiq qərarlar verəcəyi kimi bir fikir yox idi. Hətta hər kəs uyğunsuzluqların olacağını düşünərək ən ağıllı olanın hər zaman insan olduğunu düşünməkdə idi. Və təxminən yarım əsr ərzində, düşüncələrimiz o qədər çox dəyişdi ki, avtomatlaşdırılmış bütün sistemlərin insanlardan daha ağıllı olduğunu heç şübhəsiz qəbul edə bilirik. Süni zəkanın özəlliyi ondadır ki, sizin heç bir müdaxiləniz olmadan sistem özlüyündə suallara cavab tapır. Lakin suallara necə cavab tapdığını bilmirik. Necə sualı isə sadəcə 1980-ci illərdə ortaya çıxan Maşın Öyrənməsi vasitəsilə cavablandırıldı. Bəs maşın öyrənməsi nadir?

Maşın Öyrənməsi nədir?

Süni Zəkanın ilk araşdırmaçıları bu üsulda çatışmazlıqlar olduğunu görmüşdülər. Çətin və uzun kodlar sonrakı dəyikliklərə uyğun gəlmirdi və dəyişdirilə bilən deyildi. Süni Zəka prosesin nəticəsi idi. Unudulan nöqtə isə prosesin gedişatı idi. Təkmilləşdirilməli olan mərhələ tamamilə diqqətdən kənarda qaldığı üçün, Süni Zəka uğurlu olmadı. Səksənlərdən etibarən yenidən diqqət mərkəzinə gələrkən, Süni Zəka həvəskarları bu dəfə nəyi düzəlmək lazım olduğunu tapmışdılar. Araşdırdıqca ortaya çıxan metodlar sadəcə insan davranışlarının təkrarlanması çərçivəsində deyildi. Bu dəfə başqa üsullar da var idi. İlk dəfə bir mətn oxuduğunuz anı xatırlayırsınızmı? Elə birdən-birə oxumağa başlamadınız, deyilmi? Əvvəlcə hərfləri öyrəndiniz, sonra qrammatikanı. Tək-tək hər bir detalı öyrəndikdən sonra mətni oxuya bildiniz. Amma bütün bunları öyrənməkdə məqsəd mətni öyrənmək idi. Bəzən biz insanlar məqsədimizə o qədər çox bağlanırıq ki, məqsədimizə necə çatacağımız yaddan çıxır. Süni Zəkada olduğu kimi. Bundan əlavə, süni zəka ölkələr arasında da yeni bir rəqabət platforması təşkil edib. Çin 2030-cu ilədək süni zəkada qlobal lider olmağı planlayır. Kanada başda olmaqla, bir çox ölkə “Süni Zəka Strategiyası”nı açıqlayıb. Burada əsas məsələ isə bu sahəyə nə qədər investisiya edildiyi və ağıllı texnologiyaların kimin əlində olduğudur. Yanlış insanların əlində olan texnologiya “qorxu”nun, doğru insanlar tərəfindən idarə edilən texnologiya isə “ümid”in qalib gəlməsinə gətirib çıxaracaq.  

Şərh göndərin

Daha yeni Daha eski