2749-cu ilə getdiyini söyləyən adam (Al Bielek) - Zamanda Səyahət

 

p5-on-top-al-bielik

Başqa zamana səfər, son əsrin ən böyük mövzularından biridir. Bu yazıda bu mövzudakı qəhrəmanlardan biri ilə tanış olaq.

Al Bielek, 1927-ci ildə anadan olmuş bir insan. Onu maraqlı edən şey isə başqa zamana getdiyini iddia etməsidir.

The Montauk təcrübələri əsnasındasaxlanılan və psixoloji döyüş texnikalarından zaman səfərinə qədər bir çox təcrübədə iştirak edən Bielek, məşhur Philadelphia Təcrübəsində də iştirak etdiyini söyləyir. Bielek, təcrübədə istifadə olunan 1240 tonluq USS Eldridge gəmisindən atladıqdan sonra başından maraqlı şeylər keçdiyini, qardaşıyla birlikdə zamanda səfər etdiyini ifadə edir.

Onun söylədiklərinə görə, qardaşıyla birlikdə, gələcəkdəki bir xəstəxanada, 6 həftə boyunca radiasiya səbəbi ilə yaralanmalardan yatdığını söyləyir. Gələcəyin tibb sisteminin vibrasiya və işıq əsaslı müalicələr üzərinə sıxlaşdığını, televiziya proqramlarının hamısının təlimatçı və ya xəbər xüsusiyyəti daşıdığını da söyləyir.

Bundan başqa 2025-ci ildən etibarən dünyanın coğrafi quruluşunda bir çox dəyişikliklər baş verdiyini də əlavə edir. Bu məlumatı o proqramlardan öyrəndiyini, ABŞ və Avropa qitələrinin sahillərinin və daxili təbəqələrinin günümüzdən çox fərqli olduğunu ifadə edir. O tarixlərdə ABŞ və Kanada hökumətlərinin tamamilə çökdüyünü də iddia edir.

Bölgələrdə hərbi qaydaların olduğunu, mərkəzi bir dövlət anlayışının qalmadığını da söyləyir. Bir digər iddiası isə dünya əhalisinin 300 milyona düşdüyü. ABŞ əhalisi isə 50 milyon imiş o tarixlərdə. Bielek o illərdə planetin maqnetik qütblərinin dəyişdiyini də ifadə edir.

Dövlətlərin o dövrlərdə 3-cü Dünya Müharibəsindən qalma radiasiya ziyanını və nüvə tullantıları bir neçə gün içərisində tamamilə təmizləyəcək texnologiyaya sahib olduqlarını da əlavə edir.

Bielek şəhərlərin quruluşunun da dəyişdiyini bildirir. Bəzi şəhərlər hələ yerdəykən, artıq uçan şəhərlər də tapılırmış. Bu uçan şəhərlər, dünyanın hər hansı bir nöqtəsinə aparmaq olurmuş.

Üzən bir kristal quruluş olduğunu, bütün əməliyyatları bu sistemin icra etdiyini də söyləyir. Dünya daxilində hər hansı bir dövlətin qalmadığını da əlavə edir.

Ayrıca cəmiyyət quruluşu tamamilə sosialist hala dönmüş və bütün insanların təməl həyat ehtiyacları qarşılanırmış.

Bielek, bütün bu 2 illik səyahətindən sonra qardaşıyla birlikdə günümüzə geri qayıtmışdır.

PS. Bielekin dedikləri həqiqətən insana nağıl kimi gəlir.

Şərh göndərin

Daha yeni Daha eski