
Salzburqdakı arxeoloji qazıntılar zamanı elm insanları qəribə bir şəkildə cib telefonuna bənzəyən, 13-cü əsrdən qalma sirrli bir insan əsəri hər kəsin marağını çəkmiş vəziyyətdədir.
Avstriyada edilən qazıntılar zamanı təqribən 13-cü əsrə aid olduğu güman edilən bir əşya tapılmışdır. Oyulmuş daşdan hazırlanan əşya indiki vaxtda istifadə edilən mobil telefonların ilk nümunələrinə olan bənzərliyi hər kəsi çaşdırmışdır. Üzərində nəzərə çarpan şəkildə ekran, nəzarət düymələri və rəqəmlərə bənzəyən bəzi simvolların yer aldığı 12 düyməsi oyuq şəklində olan bu əşya, başlarda sual işarələri yaratdı. Bəzi UFO nəzəriyyəçiləri, bu tarixi əşyanın o dövrdə yadplanetlilər tərəfindən gətirilmiş ola biləcəyini iddia edir.
Dünyaca məşhur UFO mütəxəssisi Daniel Munoz isə obyektin üzərindəki düymələrin üzərində olan simvolların, Şumer mismar yazısı olduğunu təsbit etdi. Daha çox Mesopotamiyanın İraq-Suriya bölgəsində görülən Şumer əşyalarının Avstriyaya necə çata biləcəyi isə maraq mövzusu oldu. Tarixçilər, miladdan əvvəl 3-cü minillikdə Mesopotamiyada hökm sürən Şumerlere aid əşyaların o zamankı ticarət şərtləriylə dünyanın müxtəlif yerlərinə çatdırılmış olmasının mümkün olduğunu qeyd etdi. Əşyanın 800 illik olduğunu təsdiqləyən Munoz, funksiyasının isə telefon olub olmayacağı mövzusunda şərh etmədi.
Üzərində klaviatura olan və oyma üsulu ilə bu düymələrə çəkilmiş şəkillərə sahib olan bu “daş”ın, edilən araşdırmalar nəticəsində həqiqətən də 13-cü əsrə, yəni 800 il əvvələ aid olduğu isbat edilmişdir. Diqqətlə baxdıqda ekran və düymələr “Nokia 3210″u xatırladır. Düymələrin üzərində qəribə simvollar da mövcuddur.