Amerika deyilincə ağlımıza ilk olaraq bu heykəl gəlir. Azadlıq Heykəli ilə əlaqədar bir çoxunu ilk dəfə eşidəcəyiniz 20 maraqlı məlumat:
- Heykəl Amerikaya, 1886-ci ildə Fransa tərəfindən bir hədiyyə olaraq verilmişdir.
- Azadlıq Heykəli ilk hazırlandığında tünd qəhvəyi rəngədə olmuşdur. Zamanla bu gün bildiyimiz yaşıl rəngə boyanmışdır.
- Heykəl Fransızlar tərəfindən hazırlanmış və ilk olaraq Misirə hədiyyə edilməsi düşünülmüşdür.
- Abidə hər il 3.2 milyon insan tərəfindən ziyarət edilir.
- Heykəlin tacında olan yeddi tikan, dünyanın yeddi qitəsini simvollaşdırır.
- Azadlıq Heykəlinin hazırlanmasında Roma tanrısı Libertas model alınmışdır.
- Heykəlin başı, 1978-ci ildə Parisdə reallaşan Dünya Sərgisində nümayiş etdirilmişdir.
- Heykəlin belinin ölçüsü 10,6 metr genişliyindədir.
- Qadın fiqurunun əlində tutduğu məşəl 1984-ci ildə yenilənmişdir. Yeni məşəl misdən hazırlanmış və üstü qızıl vərəqlə örtülmüşdür.
- Bu gün Azadlıq Heykəlinin olduğu Liberty adasında bir ailə yaşayır.
- Azadlıq Heykəlinin məşəlini ildə orta hesabla 600 dəfə ildırım düşür.
- Eyfel Qülləsinin dizayneri Gustave Eiffel, eyni zamanda Azadlıq Heykəlini hazırlayanlardan biridir.
- Pakistan, Malayziya, Tayvan, Braziliya və hətta Çində Azadlıq Heykəli var.
- Heykəl əslində bir dəniz fənəri olaraq nəzərdə tutulmuşdur ancaq daha sonra bu məqsəd üçün istifadə edilmədiyinin fərqinə varılmış və imtina edilmişdir.
- Heykəlin inşası üçün o zamanın puluyla 500,000 dollar xərclənmişdir. Bu məbləğ, bu günün puluyla 10 milyon dollara bərabərdir.
- Qadın fiqurunun əlində olan tabletin üzərində, Amerikan Müstəqillik Bəyannaməsinin tarixi olan 4 İyul 1776 tarixi yer almaqdadır.
- Heykəl, yerdən məşəlin ucuna qədər 93 metr uzunluğa və 204 ton ağırlığa malikdir.
- Heykəli hazırlayan Frederic Auguste Bartholdi Nin heykəlin üzünü hazırlayarkən anasından ilhamlandığı iddia edilməkdədir.
- Çoxumuz bilmirik ancaq, təsvir edilən qadın zəncirlərini qırmış bir vəziyyətdədir. Eyni zamanda havada olan sağ ayağı, zülm və köləlikdən xilas olaraq irəli addım atmağı simvollaşdırır.
- Ən maraqlısı da, heykəlin paltarı içərisindəki müsəlman bir qadını təsvir etməsinin düşünülmüş olmasıdır.
