BAĞÇA

 BAĞÇA

Garden - Wikiwand

    Şəhərdəki bir evin bağçasında yan-yana əkilmiş iki limon ağacı var idi. May ayının sonunda açan limon çiçəkləri bağçanın havasını bir anda dəyişir, insanlara baharın gəldiyini müjdələyirdi. Ancaq ağaclardan biri digərinə nisbətən daha cılız idi, meyvələri də balaca idi. Buna görə də böyük ağac hər dəfə ona hündürdən baxaraq ondan daha zəif olduğu üçün onu heç sayırdı. 

    Evin sahibi isə kiçik ağacdan ümidini kəsmiş görünürdü. Zəif ağacın quruyub, öləcəyini düşünür, onu, demək olar ki, sulamır və qayğısına qalmırdı.

    Bir gün əsən sərt bir külək qarlı dağların ətəklərindən bir miqdar çiçək toxumlarını bağçaya gətirərək limon ağaclarının altına yerləşdirdi. Toxumlar limon ağaclarından onların altında yetişmək üçün icazə istədilər. Böyük ağac özündən razı bir şəkildə cavab verdi:

Bu istəyinizi qəbul etməyim mümkün deyil, heç vaxt bu ola bilməz! Bizlər quru qalmağı sevmirik və əgər altımızda çoxalıb, böyüsəniz torpaqdakı bütün suyu qutaracaqsınız və mən quruyacağam!

    Böyük ağac belə desə də onu narahat edən başqa əsas şey var idi. Çiçəklər rəngarəng açdıqları zaman öz sarıya çalan ağ çiçəklərinin gözdən düşəcəyini və sahibinin artıq ona qulluq etməyəcəyini düşünürdü. Halbuki böyük ağac özündən daha gözəl olanlara heç xoş baxmırdı.

    Kiçik limon ağacı qonşu ağacın toxumlara verdiyi cavabı bəyənmədi. Çünki ona həyat verənin ona həyatda qalması üçün lazım olan suyu da verəcəyini bilirdi. Buna görə də susuzluğa əhəmiyyət vermirdi.

Sizinlə birlikdə olmaqdan şad olaram! Bundan başqa birlikdə tənhalıq çəkmərik! - deyərək toxumların istəyinə müsbət cavab verdi.

    Kiçik ağacın ətəyində cücərib böyüyən çiçəklər bir neçə həftədə artıq bağçanın göz bəbəyi olmuşdular. Kiçik limon ağacı isə əlindən gəldiyi qədər onlara yardım etməyə çalışırdı. Çiçəklərin sevdiyi yarı günəşli şəraiti yaratmaq üçün köhnə yarpaqlarını tökmüşdü.

    Çiçəklər bir müddət sonra gözəl qoxular yaymağa başladılar. Ev sahibi ömründə hiss etdiyi ən gözəl qoxunu duyduğu zaman qoxunun mənbəyini axtardı və bağçasındakı dəvətsiz qonaqları gördü. O artıq bu cür möhtəşəm çiçəkləri qorumaqla məşğul olur, hər səhər daha erkən oyanır, onları ən keyfiyyətli gübrələrlə bəsləyir və bol-bol sulayırdı. Kiçik limon ağacı torpağın ən dərin nöqtələrinə qədər çatan köklərinin vasitəsilə çiçəklər ilə birlikdə suyu içirdi və ağac artıq çiçəklərək böyüməyə başlayırdı. 

    Çiçəkləri sevgi ilə qucaqlayan ağac növbəti bahar hələ olmamış o bölgədəki ən gözəl, ən böyük və rəngarəng kəpənəklərin ziyarət etdiyi ağac olmuşdu. Daha sonra öz çiçəklərini də açaraq bağçanın gozəlliyinə gözəllik qatdı.

    Bir vaxtlar böyük və ev sahibinin sevimlisi olan limon ağacı artıq kiçik və tənha olmuşdu və qonşusuna qarşı olan qısqanclığından için-için quruyurdu.


Yazdı: Əliəkbər

Şərh göndərin

Daha yeni Daha eski