BİLİYİ İSTƏMƏK

Günlərin bir günü bir gənc o dövrün məşhur alimi Sokratın yanına gəlir. Ona:
Bilik qazanmaq və bilikli olmaq üçün minlərlə mil yolu gəzərək buraya gəldim. Mənə bilik verərsənmi? - deyə soruşur
Ardımca gəl, – deyir Sokrat.
Sokrat və gənc sahilə doğru irəliləyirlər. Su bellərinə gələnə qədər irəliləməyə davam etdilər. Sonra Sokrat gənci tutdu və başını suyun dibinə doğru batırmağa başladı. Gənc nə qədər başını qaldırmaq istəsə də Sokrat onu suyun altında saxlayırdı.
Nəhayət, gənc taqətdən düşdü və Sokrat onu sudan çıxartdı. Şagird namizədi huşunu itirmişdi və dahi alim onu sahildə qumun üzərində qoyub bazar yerinə tərəf getdi.
Gənc özünə gələr-gəlməz Sokratı tapır və ona qəzəblə:
Sən ki dahi, bilikli birisən, nə üçün mənə qarşı pis davrandın? – deyir.
Sokrat isə: Suyun içində olarkən hər şeydən çox nə istədin? - deyə soruşur.
Gənc: Hava istədim! - deyə cavab verir.
Sokrat isə belə deyir:
Bilik və elmi hava qədər istədiyin zaman heç kimdən bunu sənə verməyini gözləməməlisən. Buna hər zaman və hər yerdə sən sahib olmalısan.
Yazdı: Əliəkbər
Əlaaa
YanıtlaSil