DUZ VƏ SU
Günlərin bir günü yaşlı bir kəndli kişi nəvəsinin həyatda baş verən pis hadisələrə şikayət etməsi, hər xoşuna gəlmədiyi şeyə görə kədərlənməsindən narahat olur və onu yanına çağırır. Nəvəsindən mətbəxdən bir stəkan su və bir ovuc dolusu duz gətirməyini istəyir. Oğlan bunları gətirdiyi zaman kişi nəvəsinə duzun yarısını suya tökməyini və qarışdırmağını, daha sonra isə duzlu suyu içməyini söyləyir. Oğlan suyu ağzına alar-almaz duzlu suyu tüpürməyə başladı. Babası sərt ifadə ilə:
Dadı necə idi? – deyə soruşdu.
Nəvəsi: Çox duzlu! – dedi.
Bundan sonra yaşlı kişi nəvəsinin qolundan tutdu və çölə çıxardı. Səssizcə yaxındakı gölün yanına getdilər və kişi nəvəsinə əlində qalan duzun hamısını gölə tökməyini, ardından gölün suyundan götürüb içməsini söylədi. Oğlan babasının dediklərini etdikdən sonra kişi yenidən soruşdu: Dadı necə idi?
Çox gözəl! – deyə cavab verdi nəvə.
Duzun dadını heç hiss etdinmi? – yaşlı kişi dedi.
Oğlan: Yox. – dedi.
Daha sonra baba gölün yanında oturmuş nəvəsinin yanında əyləşərək danışmağa başladı:
Həyatda bizə əziyyət verən şeylər duz kimidir, nə azdır, nə də çox. Əslində əziyyətin miqdarı həmişə eynidir. Ancaq bu əziyyətin dərəcəsi onu nəyin içərisinə qoyduğumuzdan asılıdır. Həyatda əziyyət çəkdiyin zaman etməli olduğun tək şey əziyyətlə bağlı hislərini genişləndirməkdir. Buna görə də artıq stəkan olmaqdan əl çək və göl olmağa çalış.
Yazdı: Əliəkbər
Mükəmməl bir hekayə!
YanıtlaSil