NAİLİYYƏTİN SİRRİ

Bir gün parkda bir kişi oturmuş, başı əlləri arasında fikirli halda düşünürdü. İşləri düz getməmişdi və işində müflisləşməklə üz-üzə idi. Nə etsə də işlərini yola qoya bilmirdi. Bir tərəfdən borc verənlər onu narahat edərkən digər tərəfdən də çoxlu insan ondan ödəniş tələb edirdi. Çox üzgün idi və çıxış yolu tapa bilmirdi. Elə parka da cansıxıntısını azaltmaq üçün gəlmişdi.
Elə həmin an qarşısında yaşlı bir kişi dayandı:
Çox qəmgin görünürsən. Səni narahat edən bir şey var, deyəsən. Mənimlə paylaşmaq istəyirsənmi? - deyə soruşdu qoca.
Yaşlı kişi onun dərdinə qulaq asdıqdan sonra: “Sənə kömək edə bilərəm“, - dedi. Çek dəftərini çıxartdı. Qəmgin kişinin adını soruşdu və onun üçün yazdı. Ardınca çeki verib dedi:
Bu pul çeki sənindir. Bir il sonra səninlə burada görüşərik, borcunu ödəyərsən. Götür.
Bunu deyib, yaşlı kişi gəldiyi kimi sürətlə getdi və bir qədər sonra gözdən itdi.
Adam əlində çeklə yerindəcə donub qalmışdı. Axırda əlindəki çekə baxmağa qərar verdi. Gözlərinə inana bilmirdi - çekdə yüz min dollar pul miqdarı yazılmışdı və çekdəki imza da ölkənin zəngin şəxslərindən birinə aid idi. “Bütün borclarımı ödəyə biləcəyəm“, - deyə fikirləşdi ilk olaraq. Daha sonra bir il tamam olduqda borcunu yaşlı kişiyə ödəyə bilməyəcəyindən narahat olub çekdəki pulu götürmək fikrindən daşındı. Bu dəyərli çeki seyfə qoydu.
Çekin seyfində olmasını bilməsinin verdiyi güvənlə, yeni bir həvəslə yenidən işinə geri döndü. Kiçik və ya böyük fərq etmədən hər bir işi dəyərləndirməyə başladı. Ödəmə planlarını yenidən bərpa etdi. Yaxşı görülən tədbirlər uğurla nəticələndi. Bir ay sonra təkrar işlərini yola qoya bilmişdi.
Daha sonra bütün borclarını ödəyə bilmiş, hətta pul qazanmağa başlamışdı. Bütün bir il boyunca işləməklə məşğul oldu. Bir ilin sonunda pulu götürülməmiş çek ilə parka yola düşdü. Təyin olunan saatın tamam olmasını gözləyirdi. Vaxt tamam olduqda yaşlı kişinin ona tərəf sürətlə gəldiyini gördü. Kişiyə çeki verib nailiyyət hekayəsini danışmaq istəyərkən bir tibb bacısı gəlib kişini tutdu.
Onu tapdığıma çox sevindim. Ümid edirəm sizi narahat etmədi, – dedi. – Bu kişi tez-tez qocalar evindən qaçıb bu parka gəlir və hər kəsə çox varlı birisi olduğunu deyir.
Tibb bacısı bunları dedikdən sonra qocanın qoluna girib onunla oradan uzaqlaşdı.
Çeki verməyə gələn kişi baş verənlərdən dolayı təəccübləmişdi. Dayandığı yerdəcə donub qalmışdı. Bütün bir il boyunca arxasında yüz min dolların olduğuna güvənib, çoxlu sayda uğurlu işləri bitirmişdi. Həmin an anladı ki, bu qədər nailiyyətlərin səbəbi pul deyilmiş. Həyatını dəyişən şey özünə güvənməsi və inancının güclü olması idi.
Nailiyyətin sirri seyfinizdə olan şeylər yox, qəlbinizdə və fikrinizdə olan şeylərdir. Başqa yerdə axtarmağınıza ehtiyac yoxdur.
Əla
YanıtlaSil