23 dekabr-20 yanvar aralığında dünyaya gələn insanları təmsil edən bu bürc oğlaq olaraq adlandırılır və keçi balası mənasını verir. Bu yazımızda sözü edilən bürc haqqında danışaraq, onun xoşagəlimli və xoş olmayan cəhətləri haqqında məlumat verəcəyik.
Ümumi cəhətlər
Bürcün hər iki cins (qadın və kişi) üçün ortaq və xüsusiyyətləri gələcəyk haqqında plan etməyi xoşlamalarıdır. Bu baxımdan da oğlaq bürcü bir qədər düşüncəli və depressivdirlər. Xüsusi ilə güclü iradələri ilə diqqət çəkən oğlaqlar eyni zamanda insanlarla münasibət qurmaqda bir qədər çəkingəndirlər. Buna baxmayaraq bu bürcü təmsil edən insanlar özlərini nadir hallarda yalnız hissedərlər. Oğlaqlar eyni zamanda əzimli, iş mühitində bacarıqlı və maddi (pul) mövzusunda diqqətli olsalar da eyni zamanda əliaçıq inlanlardırlar. Bununla bərabər dostluqda ideal və sirr saxlamağı sevən oğlaqlar özlərindən yaşca kiçik insanlarla münaqişə yaşamağa da meyillidirlər. Qərar qəbul edərkən öz zövqləri istiqamətində hərəkət etməyi sevən bu insanlar üçün şəxsi idealları olduqca önəmlidir.
Sevilən cəhətləri: İstəkli, qərarlı, qənaətcil, səbirli, məsuliyyətli.
Xoşagəlməz cəhətlər: Dikbaşlı, kobud, bəzən bədbin, tənhalığı sevən.
Oğlaq bürcü qadın.
Öz ideallarına hər zaman önəm verən bu insanlar eyni zamanda qəlbiqara, bədbin tərəfləri ilə də diqqət çəkərlər. Həm bədbin olmaları, həm də öz istəkləri çərçivəsində standartlarına önəm vermələri çox vaxt bu qadınları ətrafdakılardan uzaqlaşdırar. Digər bir sözlə hər zaman özlərinə güvənən qadın oğlaqlar eyni zamanda ətrafdakılara qarşı o qədər də ürək qızdırmazlar. Seçdiyi insanlara qarşı diqqətli olmağı sevən bu qadınlar eyni zamanda sevkiyi kişilərə qarşı bacardıqca sahib olmağı üstün tutarlar. Bəzən bu sahiblənmək istəyi qarşıdakını bezdirəcək ölçülərə qədər yüksələ bilər.
Elm, bilgi və sənətə qarşı hörmətlə yanaşan oğlaq qadınlar, özlərini inkişaf etdirmək üçün əllərindən gələni edərlər.
Maddi baxımdan qənaətcil və israfı sevməyən oğlaq qadınların bu xüsusiyyətləri bəzən onları xəsislik imicinə sala bilir. Bu insanların digər bir xüsusiyyəti də, inanmadıqları və tənbəl olduğunu bildikləri insanlara qarşı soyuq davranmalarıdır.
Oğlaq qadın üçün ən sevimli hədiyyə, təbii gül, taxtadan hazırlanmış əşyalar, marka geyimlər və tək qaşlı üzük olabilər.
Oğlaq bürcü kişi.
Bu insanların ən gözəçarpan xüsusiyyəti olnların duyğusal və klassik ruhlu olmaları ilə bərabər, emosional olmamalarıdır. Digər bir sözlə oğlaq kişilər baş verən gözlənilməz hadisələrə qarşı çox təəccüblənməzlər. Bu xüsusiyyətləri onları ətrafdakılarına rəngsiz, sıxıcı olaraq göstərsə də, əslində bu cinsin nümayəndələri ürək qızdırdığı insanlara qarşı zarafatcıl, səmimidirlər. Eyni zamanda uzaqdan ciddi və sərt görünən oğlaq kişilərin əslində mərhəmətli, yumuşaq qəlbi vardır. Qarşı cinsi seçmə mövzusunda olduqca diqqətli və məntiqli olan bu insanların öz seçim kriteryaları vardır. Bu xüsusiyyətləri daşıyan qadınlara dəyər verərlər və uzun münasibətlər onlar üçün maraqlıdır. Yaxşı ailə başçısı olan bu kişilər, nisbətən ciddi və soyuq münasibətləri ilə övladları arasında məsafə qoyarlar. Hadisələri öz məntiqlərinə görə şərh edən oğlaq kişilər qəbul etdikləri qərarları tez bəlli etməz və dost seçimində də şəxsi düşüncələrinə əsaslanarlar.
Oğlaq kişilər üçün ən dəyərli hədiyyə, qol saatı, dəri portmanat, dəyərli şərab, özəl qələm və ya qol düymələri olabilər.
Çox yaxın olduğu bürclər: Buğa və qız bürcü
Yaxın olduğu bürclər: Dolça, balıq, əqrəb və oxatan
Uzaq olduğu bürclər: qoç, tərəzi, ekizlər və aslan
Uğurlu rəqəm: 2 və 8.
Gün: Gümaertəsi
Rəng: Tünd yaşıl və şabalıdı.
Oğlaq bürcü məşhurlar: Benjamin Franklin, Hz. İsa, Elvis Presley, Mustafa Sandal, Seda Sayan, Bardley Cooper, Orlando Bloom, Jim Carrey, Mel Gibson, İsaac Newton.