PADŞAH VƏ AĞ AT
Bir padşahın dillərə dastan ağ atı var idi. Padşah bu atı çox sevərdi. Gəzintilərinə həmişə ağ atı ilə çıxardı. Atına olan sevgisi o qədər imiş ki, bir gün saray əyanlarına deyir:
Bu at mənim üçün çox dəyərlidir. Ağ atımın ölüm xəbərini gətirənin başını bədənindən ayıra bilərəm, ona görə də diqqətli olun. Onun ölüm xəbəri məni kədərləndirər.
Zaman keçir, hər şeyin olduğunu kimi ağ atın da əcəli gəlir və at ölür. Padşahın saray əyanları təlaşlanırlar. Atın ölüm xəbərini padşaha verən şəxsin öləcəyini bilirdilər. Heç kim padşaha bu bəd xəbəri söyləməyə cəsarət etmir. Nəhayət, əyanlardan bir şəxs bu tapşırığı etməli olur. Padşahın hüzuruna çıxan həmin əyan deyir:
Padşahım! Sizin ağ atınız var ha...
Hə, var, nə olub? – deyir padşah.
Əyan: At yatıbdı. Ayaqlarını dikəldib, gözlərini yumub, qarnı şişibdi. Heç nəfəs almır.
Padşah: Belə çıxır, at ölüb?! – deyir.
Aman, padşahım! Mən demədim, siz dediniz! - deyən əyan ölməkdən xilas olur.
Nə dediyimiz qədər nəyi necə dediyimiz də önəmlidir. Söyləmək formanız çox şeyi dəyişə bilər. Həyatda nailiyyətli olan insanların həyatlarına baxdığınızda onların da bu xüsusiyyətə sahib olduqlarını görərsiniz.
Yazdı: Əliəkbər
Əla bir hekayə!👍
YanıtlaSil