SINIQ VEDRƏ

 SINIQ VEDRƏ

    Uzaq şəhərlərin birində zəngin ailənin su ehtiyacını qarşılamaq üçün bir suçu yaşayırdı. Suçu boynuna asdığı uzun bir ağac budağının uclarına bağladığı vedrələrlə hər gün yaxınlıqdakı bulaqdan varlı ailənin evinə qədər su daşıyırdı. Vedrələrdən biri sınıq imiş və altındakı kiçik çatdan su sızdırırmış. Digər sağlam vedrə ailənin evinə qədər suyun hamısını daşıdığı halda sınıq vedrə həmin evə qədər suyun yarısını çatdıra bilirdi. Bu vəziyyət uzun müddət davam etmişdi. Sağlam vedrə nailiyyətinə görə özü ilə fəxr edərkən sınıq vedrə tapşırığını tamamlaya bilmədiyi üçün özündən utanırdı.

    Bir gün bulağın yanında olarkən sınıq vedrə suçuya deyir:

Səndən üzr istəyirəm. Xahiş edirəm məni bağışla. Özümdən utanıram.

Nə üçün? - deyə soruşdu suçu. - Niyə özündən utanırsan?

    Vedrə cavab verdi: Çünki illərdir çatım olduğu üçün su sızdırıram və daşımaq işini layiqincə yerinə yetirə bilmirəm. Bu qüsuruma görə sən də əməyinin qarşılığını tam ala bilmirsən.

    Suçu belə deyir: Evə suyu daşıyarkən yolun kənarındakı çiçəklərə diqqət etməni istəyirəm.

    Həqiqətən də, təpəni dırmanarkən sınıq vedrə cığırın kənarında Günəşin isitdiyi çiçəklərin olduğunu gördü. Lakin yolun sonunda sınıq vedrə yenə suyun yarısını evə qədər gətirə bildiyi üçün qəmgin idi. Buna görə suçudan üzr istədi. Suçu sınıq vedrədən soruşdu:

Yolun sadəcə sənin tərəfindəki hissəsində

 çiçəklərin olduğunu, digər sağlam vedrənin tərəfində isə heç bir çiçək olmadığını gördünmü? Bunun səbəbi sənin qüsurunu bilməyim və bundan müsbət mənada istifadə etməyimdir. Belə ki, yolun sənin tərəfindəki hissəsinə çiçək toxumları əkdim və sən hər gün bu yoldan keçərkən sızdırdığın su bu çiçəklərin böyüməsinə səbəb oldu. Neçə vaxtdır ki, bu çiçəkləri toplayıb suyu apardığım evin sahibinin masasını bəzəyirəm və əgər sən olmasaydın, varlı ailənin rəğbətini qazana bilməyəcəkdim.

    Hamımızın, əlbəttə, qüsurları vardır. Əslində, biz də sınıq və çatları olan vedrələr kimiyik. Əgər özümüzü tanıya və qüsurlarımızı öyrənə bilsək, şübhəsiz, həyatda bir cür gözəlliklərə səbəb ola bilərik.


Yazdı: Əliəkbər

Şərh göndərin

Daha yeni Daha eski