TƏLƏSİK QƏRAR VERMƏK

 TƏLƏSİK QƏRAR VERMƏK

Bu hallarda tələsmək bəyənilmir

    Qədim zamanlarda kəndlərin birində yaşlı bir kişi ilə oğlu yaşayırdı. Yoxsulluq içində, çətin vəziyyətdə keçinirdilər. Kasıb olmağına kasıb idilər, lakin qocanın çox gözəl bir atı var idi. Ağ rəngli, dillərə dastan olmuş at idi bu. Hətta o bölgənin varlı bəyi at üçün alıcı olmuş, qarşılığında qocaya çoxlu miqdarda qızıl təklif etmişdi. Hərçənd qoca atı satmaq niyyətində deyildi. Hər səfərində: “Bu, mənim üçün sadəcə bir at deyil, bir dostdur. İnsan heç dostunu satarmı?“ - deyərdi.

    Bir səhər oyanan qoca görüb ki, at yoxdur. Bundan xəbər tutan kənd camaatı qocanın ətrafına yığışıb deyinməyə başlayırlar:

Ey qoca! Bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Atı bəyə satsaydın aldığın qızıl ilə varlı olacaqdın!   İndi nə pulun var, nə də atın...

    Yaşlı kişi:

Qərar vermək üçün tələsməyin. “At itibdir“, - deyin, vəssalam.  Çünki həqiqət budur... Bundan başqa dedikləriniz yalnızca sizin şərhiniz və qərarınızdır. Atımın itməyi mənə bədbəxtlik, ya da şans gətirəcəyini hələ bilmək olmaz. Çünki bu hadisə hələ başlanğıcdır və arxasından nələr gətirəcəyini heç kim bilmir. – dedi.

    Kəndlilər qocaya qəh-qəhə ilə güldülər. Amma hadisədən iki həftə sonra at qəflətən geriyə qayıtmışdı, qoca atın geriyə qayıtdığına sevinmişdi. Sən demə at oğurlanmamış, öz başına dağlara tərəf getmiş və qayıdanda isə arxasınca 10 ədəd vəhşi at gəlmişdi.

    Kəndlilər qocanın ətrafına toplanıb, ondan üzr istəyirlər:

Sən haqlı çıxdın! Atının itməsi bədbəxtlik deyil, sənin üçün böyük bir şans oldu! Artıq çoxlu atın var...

Qərar vermək üçün yenə tələsirsiniz! – dedi qoca. - Sadəcə atın geri döndüyünü söyləyin. Bilinən həqiqət budur. Bu hadisənin ardında nə olacağını bilmirik, hələ başlanğıcdır...

    Kəndlilər bu səfər qocanın özünə birbaşa deməsələr də, aralarında: “Bu qoca, həqiqətən, normal deyil“, - deyirdilər.

    Bir neçə gün sonra qocanın oğlu vəhşi atları əhliləşdirərkən atdan düşüb, ayağını ciddi şəkildə zədələmişdi. Müalicə vasitələri həmin dövrdə az olduğundan oğulun sağalması uzun müddətə başa çatacaqdı. Kəndlilər bundan xəbər aldıqları zaman yenə qocanın qapısını çalırlar. 

Yenə də sən haqlı çıxdın! Bu atların ucbatından oğlun uzun müddət gəzə bilməyəcək. Sənə qulluq edəcək başqası da yoxdur. Artıq əvvəlkindən daha da kasıb olacaqsan... - Kəndlilər dedilər.

    Qoca cavab verdi:

Siz əvvəlcədən qərar vermək xəstəliyinə tutulmusunuz. Bu qədər tələsməyin. Oğlum ayağını sındırdı. Həqiqət yalnız budur. Qalanı sizin verdiyiniz qərarlardır. Həyat bu cür kiçik parçalarla irəliləyər və axırda nə olacağını bilə bilmərik.

    Bir neçə həftə sonra padşah səfərə çıxacağını bildirmiş və ondan asılı Bəylərə öz əsgərləri ilə ona qatılmalarını əmr etmişdi. Bu, çətin bir səfər olacaqdı. Gedənlərin geri qayıtması ehtimalı çox az idi. Bəyin adamları qocanın yaşadığı kəndə də gəlmiş, onun sınıq ayaqlı oğlundan başqa bütün cavan oğlanları əsgər kimi aparmışdılar. Kəndlilər bir daha qocanın yanına gəlirlər:

Haqlı olduğunu bir daha gördük! Oğlunun ayağı sınsa da səninlədir. Lakin bizim oğullarımız, bəlkə də, kəndə geri dönməyəcəklər. Oğlunun atdan düşüb ayağını sındırması bir bədbəxtlik deyil, sənin üçün şans imiş... – deyirlər.

Siz əvvəlcədən qərar verməyə davam edin. – deyir qoca. - Hər halda nə olacağını heç kəs bilmir! Bilinən tək bir həqiqət var, o da mənim oğlumun yanımda, sizin oğullarınızın isə təhlükəli səfərdə olmalarıdır. Lakin bunlardan hansının bəxt, hansının bədbəxtlik olduğunu yalnız Allah bilir. Həyatın kiçik bir parçasına baxıb tamamı haqqında qərar verməkdən qaçınmaq lazımdır. Səyahət heç vaxt axıra çatmaz, bir yol bitərkən digəri başlayar. Bir qapı bağlanarkən digəri açılar...

Şərh göndərin

Daha yeni Daha eski