Tunguska Faciəsi

  

Tunguska Faciəsi
Tunguska Faciəsi 

 Tunguska hadisəsi, 30 iyun 1908-ci il səhər saat təxminən 7:45 radələrində Sibirin orta seqmentlərindəki Podkamennaya Tunguska Çayı yaxınlarında böyük göy partlamasının adıdır.

Partlayış 10-15 megatonluk bir dinamit kütləsinin partlamasına ekvivalent olmuşdur. Dəqiq olmayan məlumatlara görə partlamanın səbəbinin, bir quyruqlu ulduz parçasının ya da asteroidin havada partlaması sanılmaqdadır. Cismin atmosferə təxminən 100.000 km/saat sürətlə girdiyi və ağırlığının 100.000 ilə 1.000.000 ton arasında olduğu fərz edilməkdədir.

Hadisəni uzaqdan görənlər əvvəl yanar bir cisim gördüklərini və sonra yer sarsıntısıyla birlikdə, güclü isti küləklərin meydana gəldiyini söylədilər. Avropadakı seysmoqraflar, partlayışın səbəb olduğu seysmik dalğaları təyin etdilər. Partlamanın alovları təxminən 800 km uzaqdan görülmüşdür. Cisim atmosferdə buxarlaşdığından ətrafa müxtəlif qazlar yayılmış və hadisədən müəyyən bir müddət sonra belə Sibir və Avropada gecələri səmanın parlaq bir rəng almasına səbəb olmuşdur.

Partlayış böyük bir yanardağı xatırladırdı amma ortada belə bir yanardağ yox idi. Qərbin əlində olan tək şey Tunguska bölgəsində orta şiddətdə bir zəlzələnin baş verdiyinə dair seysmik qeydlər idi. Elm adamları hadisə ilə maraqlanır ancaq heç biri dünyanın kənar ucunda olan və hələ ayaq basılmamış bataqlıq bölgəyə getməyə cəsarət etmirdilər. Partlamadan ancaq 19 il sonra bölgəyə gedildi və yerə yatmış ağacları gördüklərində partlamanın şiddəti qarşısında dəhşətə gəldilər. Əvvəl bunun bir meteor daşı olduğunu düşünərək meteorit parçaları axtarmağa başladılar. Ancaq nəticə olmadı. Kəndlilərlə danışdıqlarında kəndlilər onlara axan bir ulduzdan bəhs etdilər. Elm adamları yanmış və yatmış on minlərlə ağacdan başqa bir görünüş əldə edə bilmədilər.

Tunguskaya ilk olaraq 1927-ci ildə illərcə Rusiyanın bir çox bölgəsində meteorid qalıqları toplamış bir elm adamı olan Leonid Kulik getmişdir. Onun bu səfəri yalnız bölgənin çətinlikləri düşünülsə belə başlı başına bir macəra və cəsarət nümayişidir. İlk olaraq yıxılmış ağacları görən Kulik ortada böyük bir meşə yangınının varlığını düşünmüşdür. 14 il içində dörd səfər edən Kulik buranın şəkillərini çəkdi, ərazini darayaraq meteordan parçalar tapmağa çalışdı ancaq heç bir nəticə əldə edə bilmədi. Şahidlərlə danışdı, heç kimin izah digərinə bənzəmirdi.

Kulikdən başqa 10 il ərzində bölgəyə gedilmədi. Ta ki məşhur Rus elm fantastika yazıçısı Aleksandr Kazantsev tərəfindən buranın qəribə görünüşünə ancaq bir nüvə partlamasının səbəb verəcəyi və şahidlərin dediklərinə görə göy üzündəki silindr şəklində bir cismin manevrlər edərək düşdüyünə görə bunun nüvə yanacaqı ilə işləyən bir kosmos gəmisinin düşməsi nəticəsində gerçəkləşmiş ola biləcəyi üzərinə yazılan elm fantastika əhvalatı yayınlanana qədər. Sonradan Xirosima və Naqasakiyə atılan bombaların bənzər təsir yaratması bütün elm dairələrinin bura maraq duymasına səbəb oldu.

Hər kəs Kazantsevin əhvalatının gerçək olma ehtimalı üzərində dayanmağa başladı. Artan maraq və yeni elm səfərləri ilə Tunguskanın sirrinin bir neçə il içində açılacağı düşünülsə də bütün bunlara baxmayaraq hadisə hələ sirr olaraq qalmaqdadır.

Tunguskaya yaxın Tomsk və Krasnoyarsk bölgələrinin hərbi texnologiya sahəsində araşdırma bölgələri olması səbəbiylə 30 il ərzində yalnız Rus araşdırmaçılara açıq olan bölgə soyuq müharibənin sona çatması ilə artıq qərbli həmkarlarına da sərbəst oldu. Bunlar içində İtalyan fizikaçı Menotti Galli, ağaclarda və xüsusilə də onların illik inkişaflarını göstərən halqalarından Tunguskanın sirrinin həll ediləcəyini inanmaqda idi.

 

Bu gün böyük bir qisim elm adamı partlamağa bir quyruqlu ulduzun səbəb verdiyinə inanırlar. Ancaq elə olsaydı bu partlamaların davamı gəlməliydi. Hissəciklər dəyişik cins meteorlardan birindən gəlmiş ola bilərlər.

Son olaraq  Andrei Olkhovatov tərəfindən ortaya atılan bir nəzəriyyəyə görə fəlakət göydən deyil yerdən gəlmişdir. Tunguskada bir zəlzələ reallaşmış və bütün bu hadisələr bu zəlzələnin davamı olaraq meydana gəlmişdi. Olkhovatova görə zəlzələ yalnız yeri sarsmakla qalmaz, bəzən şimşəyi xatırladan işıqlar əmələ gətirərək böyük səs-küylər çıxara bilər. Zəlzələdən qaynaqlı seysmiq enerji elektrik dalğaları şəklində yayılaraq ağacları yandırmış və meşə yanğınları başlamış olmalıdır. Şahidlərin izah etdikləri elm adamın fikrini dəstəkləyir.

Tunguskada nələrin baş verdiyi hələ ki bir sirr olaraq qalır. Elmin inkişafı hər keçən gün yeni bir nəzəriyyə ortaya atır, köhnəsi tənqid olunur. Ancaq bilinən tək şey hər nə oldusa bu özünə xas bir şeydi və bənzərləri reallaşmadığı müddətdə Tunguskadakı dəlillər yavaş yavaş ortadan itəcək və yeni dəlil əldə etmək ehtimalı azalacaqdır.

Şərh göndərin

Daha yeni Daha eski