ZƏİF NÖQTƏNİ ÜSTÜN CƏHƏTƏ ÇEVİRMƏK
On yaşında bir oğlanın ən böyük arzusu məşhur cüdoçu olmaq idi. Valideynləri də uşağın bu istəyinə qarşı çıxmadılar və uşaq cüdo dərslərinə getməyə başladı. Bundan bir neçə gün sonra isə böyük bir bədbəxtlik baş verdi. Ailəcə maşın qəzası keçirdilər və oğlan qəzada sol qolunu itirdi.
Oğlan sağalıb ayağa qalxanda valideynlər onun cüdo dərslərinə yenidən getməsinə şərait yaratdılar. Cüdo müəllimi oğlana rəqibi tək əllə yıxmaq fəndini öyrətdi. Ağıllı və çalışqan şagirdi bu fəndi bir neçə günə öyrənmişdi.
Müəllim, bu fəndi artıq öyrəndim. Digər fəndə keçə bilərikmi? – dedi oğlan bir gün.
Cüdo müəllimi:
Yox, bu fəndi daha cəld etməlisən, – dedi.
Gənc cüdoçu bir ay boyunca müəlliminin dediyi kimi fənd üzərində çalışdı. Hətta rəqibini bir neçə saniyədə bu fəndlə yıxa bilirdi. Bir ayın sonunda müəllim:
Bu fəndlə səndən daha güclü rəqibləri yıxmalısan, – dedi.
Beləcə müəllim gənc cüdoçuya bir il müddətində həmin fəndin sirlərini öyrətdi.
Uşaq müəlliminin inadla öyrətdiyi fəndi bir ilin sonunda tam olaraq öyrənmişdi. Ancaq özünü yarışmalarda sınamalı idi.
Nəhayət oğlan cüdo yarışmalarına qatılır və final mərhələsinə qədər gəlir. Əvvəlcə özünə, sonra müəlliminə güvənməli idi. Rəqiblərini tək fəndlə və qısa müddətdə məğlub edə bilirdi. Bu cür irəliləyərək gənc cüdoçu finala qaldı. Ancaq final rəqibi ondan daha ağır və güclü idi. Həmçinin qarşısındakı rəqibi təkqollu uşağa özündən razı bir ifadə ilə baxırdı.
Final oyunu başladığında gənc cüdoçu həmişəki iradəsi ilə rəqibinin sağ qolundan tutdu və onu yerə yıxdı. Rəqibinin üç saniyədə yerə yıxılıb tərpənə bilməməsi oğlanın qalib gəlməsi üçün yetərli idi. Bütün izləyicilər ona baxır, alqışlayırdılar.
Oyundan sonra oğlan müəllimindən:
Bir qolum yoxdur və mən sadəcə bir fənd bilirəm. Müəllim, xahiş edirəm, deyin qalib gəlməyimin sirri nədir? - deyə soruşur.
Müəllim cavab verir:
İlk olaraq özünə inandın və dərsləri yaxşıca mənimsədin. Sonra da ən önəmli fəndi ən sürətli şəkildə etməyi öyrəndin. Və, nəhayət, bu fəndin sədəcə bir müdafiəsi var, o da rəqibin sol qolundan tutmaqdır...
Yazdı: Əliəkbər