Alcatraz Adası 1861 – 1963 illəri arasında həbsxana kimi istifadə edilmiş bir adadır. San Fransisko Körfəzində sahilə 2,4 km məsafədə 9 hektar sahəyə yayılmış olan Alcatraz Adası, ABŞ-ın ən məşhur həbsxanalarından biri olma xüsusiyyəti ilə tanınırdı. Məhbusların saylarla adlandırıldığı Alcatrazda çox bəsit əsas ehtiyaclar xaricində heç bir imtiyaz yox idi. Həbsxana kitab rəfindən istifadə etmək üçün belə ən az beş il problem çıxarmayan bir məhbus olma şərti tələb olunur, güclü axınla əhatəli adadan qaçmağın çox çətin olduğu həbsxana şəraiti, əsir düşərgələrinə bənzəyirdi. Pənah yeri, yemək, paltar və səhiyyə yardımından başqa heç bir şey deyildi. Bir çox məhkum, günün 23 saatını kamerasında keçirirdi. Ancaq fürsət gələrsə, çölə təmizləyici olaraq bir saat müddətində çıxırdılar. Əsas binada qapılar və pəncərələr, dəmir barmaqlıqlarla bağlı idi. Burada və müşahidə qülləsində silahlı vəzifəlilər vardı. Adanın ətrafı isə soyuq körfəz suları və bol köpək balığı ilə əhatə olunmuşdu. Hal-hazırda turistlərin məkanı vəziyyətində olan Alcatrazdan hamısı uğursuzluqla nəticələnən, 14 qaçma cəhdi olmuşdur.
Frank Morris – Clarence Anglin – John Anglin
Qaçmaq üçün edilən cəhddən yalnız bir dənəsinin uğurla nəticələndiyi düşünülür. Frank Morris, Con və Clarence Anglin qardaşları, səssiz-səmirsiz və heç kimə hiss elətdirmədən həbsxanadan qaçdılar. Kamera divarında bir deşik açırlar və bu dəlik, axırda dəmir barmaqlıqlar olan bir dəhlizə çıxır. Qaçış yolu hazır, hiss edilməmək üçün də, öz maketlərini düzəldirlər. Həm də, öz saçlarını da, maketlərdə istifadə edib, yatağa uzadırlar maketləri və üstlərini örtürlər. Dəhlizdən havalandırma borusu ilə yuxarı dırmaşırlar. Buradakı dəmir çubuqları əyib, dama çıxırlar. Su borularından tutaraq aşağı enir və yoxa çıxırlar.
Morrisin kamerasında olan maketin gipsdən düzəldilən başı dəri rənginə boyanmış və həqiqi saç əlavə yapışdırılmışdır. Başın burnu ilk əvvəl sınıq deyilmiş, ancaq, nəzarətçi yatdığını zənn etdiyi Morrisi dəmir barmaqlıqlar arasından oyatmaq istəyəndə baş yataqdan yomalanıb yerə düşmüş və beləliklə, burnu zərər görmüşdür.
Bu fotoşəkil Clarence Anglinin kamerasında çəkildi və cansız manikenin, nəzarətçiləri aldatmaq üçün necə yatan bir məhkum kimi yerləşdirildiyini göstərir.
Soldan sağa məhkumların istifadə etdiyi başlar sırayla Clarence Anglin, Con Anglin və Frank Morrisdir. Ən sağdakı baş, qaçmağı bacara bilməyən 4-cü bir cinayət ortağının yatağının altından tapılıb.