Dünyanın hansı ölkəsində olursaq olaq və hansı dildə danışırsaq danışaq öz ana dilini danışan insanlar başqa dili danışmağa çalışarkən hiss ediləbilən fərqliliklər ortaya çıxacaq. Məsələn, ingiliz birinin Azərbaycan dilində danışmağını siz onun səs tonundan, sözləri tələffüzündən və mimikalarından aydın hiss edəcəksiniz. Bir başqa sözlə onun xarici vətəndaş və hətta ingilis, rus, çin və türk olduğunu da anlayacaqsınız. Bəli, yanlış anlamadınız. Dünya praktikasında İngiliz dilini Rus, Alman ya da Fransız v.s ləhçəsində danışmaq şəklində ayrımlar var. Yəni, İngiliz birinin Azərbaycan dilində danışmağa çalışması ilə, Rus birinin Azərbaycan dilində danışmağa çalışması biri-birindən aydın şəkildə fərqlənir və bütün İngilizlərinki biri birinə, Rusların ləhçəsi də digər Rus insanlarınkinə bənzərdir.
Julia Mattias İngiltərədə doğulmuş və ömrü boyu ingilis dilində danışmış bir xanımdır. O, avtomobil qəzası keçirdikdən sonra beynində zədə əmələ gəlmişdir və bir müddət danışma qabiliyyətini itirmişdir. Julienin danışma qabiliyyəti bərpa olunduqda isə, səs tonu və sözlərin tələffüzündə fərqliliklər yarandığı məlum olmuşdur. Gözəllik salonu sahibi olan Julie insanların onu əslən Fransız kimi qəbul etdiklərini bildirir. Qəzadan sonra ləhçəsi və səs tonunda dəyişiklik yaranmış bu qadın insanları inandırmaqda çətinlik çəkdiyindən də şikayətçidir. Dünyada nadir hallarda rastlanan bu xəstəlik elmi olaraq hələ də tam öyrənilmiş deyil.