Stephen Hawkingin - Qiyamət Nəzəriyyəsi

 Məşhur İngilis elm adamı Stephen Hawking,  2800-cü il dünyanın sonu olacağını iddia edir. Təbiətin özünü bitirəcəyini iddia edən məşhur fizik, “Elmdə inkişaf etməli və yaşana biləcək yeni bir planet tapılmalıdır.” deyir.

Stephen Hawkingin - Qiyamət Nəzəriyyəsi

Hər açıxlaması ilə hadisə yaradan 74 yaşındakı məşhur elm adamı Stephen Hawking, kainatın sonu haqqında BBC televiziyasına qonaq olmuşdur. (01 Oktyabr 2000) BBC Televiziyası, Hawkingin ayırdığı xüsusi proqramda, təkərli kürsüyə məhkum elm adamıyla kompüter vasitəçiliyi ilə danışdı. Spikerin suallarını kompüterinə yazdıqlarıyla cavablandıran Hawking, Qlobal istiləşmədən, buzlaqların əriməsindən bəhs etdiyi sırada Antraktida qitəsində 45 km uzunluğunda 17 km² bir aysberq qopduğu xəbəri televiziyadan altyazı ilə keçdi. “Əsrin gəlmiş keçmiş ən böyük elm adamının insanlığa xəbərdarlığı ciddiyə alınmalı” şərhini edən BBC, “Hawking, falçı deyil, statistikalar onun nə dərəcə doğru söylədiyini sübut edir. Hawking, nə qədər həqiqi olduğunu danışarkən belə isbat etdi.” şərhini etdi. Zamana qarşı yarıştığımızdan bəhs edən Hawking, digər elm adamlarına da belə səsləndi; “İnsan, başqa planetlər kəşf edə bilməzsə, dünyayla birlikdə 1000 il içində yox olacaq”.

Hawkingin dünyanın sonu nəzəriyyəsini dünyanın qabaqda gələn elm adamlarından Dünya Ətraf Təşkilatı İqlim Dəyişməsi hissəsi Başçısı Dr. Ute Collier, Amsterdam Universiteti Ətraf Proqramı və iqlim Kürsüsü Başçısı Prof. Pier Vellinga da təsdiqlədi. Hawking, Qiyamət nəzəriyyəsinə ötən 100 il içində meydana gələn təbiət hadisələrini araşdıraraq çatdığını söyləyir və onları bu şəkildə sıralayır:

  1. Orta Amerikada ölüm saçan böyük fırtına və qasırğalar.
  2. Cənubi Amerikadakı fırtınalar.
  3. Amerikanı sellərə boğan El Nino adlı iqlim dəyişikliyi.
  4. Britaniyada meydana gələn bütün təbiət fəlakətləri.
  5. Qütblərdən qopan buz dağları.
  6. Asiyanı sıxıb qovuran quraqlıq.
  7. Asiya və Afrikada quraqlıqdan doğan və ölümlərə səbəb olan xəstəliklər.

Hawkingin Qiyamət nəzəriyyəsinə görə:

  1. 2000-ci – 2400-cü illər arası: El Nino üzündən iqlim dəyişiklikləri olacaq. İqlim dəyişikliyi səbəbiylə qızdırma, tifo kimi xəstəliklər yenidən baş göstərəcək. Qasırğa və tornado dünyanı sıxıb qovuracaq. İstixana təsiri şiddətini artıracaq. Önümüzdəki 100 il içində meydana gələcək istilik dəyişmələri, bitki örtüyünə təsir edəcək. Buzlaqların əriməsi, su baskınlarını artıracaq. Alp dağları başda olmaq üzrə, bir çox bölgə böyük uçqun fəlakətlərinə səhnə olacaq. İstiləşmə, bugünkü sürətiylə davam edərsə, 400 il içində Alp dağlarında qar qalmayacaq.
  2. 2400-cü – 2500-cü illər arası: Xüsusilə Cənub yarımkürə təsirlənəcək. Cənub yarımkürədən, Şimal yarımkürəyə böyük köçlər başlayacaq. Su səviyyəsi, okeanlarda sürətlə yüksələcək. Oxşar dövrlərdə, Cənubi Avropada böyük bir quraqlıq başlayacaq. Şimali Avropanı isə, sel suları tutacaq.
  3. 2500-cü – 2800-cü illər arası: Cənub yarımkürədə ölümdən qaçan insanlar, Şimal yarımkürəyə köçüncə, köçlər ölkələr arası müharibələrə səbəb olacaq. Ətraf çirkliliyi, təbii qaynaqları qurudacaq. Şimal və Cənub qütbündəki buzlaqlar əriyəcək, qurunun çoxunu su örtəcək.
  4. 2800-cü il və sonrası: Dünyanın atmosferi dəyişəcək və dünya, Mars kimi olacaq, içində heç bir canlı yaşaya bilməyəcək.

Şərh göndərin

Daha yeni Daha eski