Yadplanetlilərlə edilən anlaşma – SERPO PROYEKTİ – 1965-1978 illəri arasında amerikan ordusunun 12 əsgərinin Zeta-Reticuli adlı planetdən gələn yadplanetli varlıqlarla dəyişdirilmə proqramının adıdır.
Hadisə özünü DIA (amerikan müdafiə kəşfiyyatı) da vəzifəli olduğunu ancaq təqaüdçü olduğunu ifadə edən bir adamın bu məlumatları noyabr 2005 tarixindən etibarən Victor Martinezin şərhiylə başlayır. Hesabatlardan aydın olduğu qədəriylə dəyişdirilməyə gedən 12 adamdan 8-i geri dönür.
Bu layihə Amerikalılarla yadplanetlilər arasında qurulan təmas sonrasında həyata keçirilən bir layihədir. Bu layihənin adı Serpo Layihəsidir. Bu layihənin məqsədi nədir?
Bu layihənin adı altında nələr edilməkdədir? Bu layihənin məqsədi amerika birləşmiş dövlətlərinin təmas içərisində olduğu bir kosmos irqi (Zeta Reticuli) ilə etmiş olduğu hərbi və elmi bir anlaşmadır. Anlaşmaya görə yadplanetli irq dünyaya bəzi elm ilə maraqlanan işçilərini göndərir və burada ABŞ-ın nəzarəti altında texnoloji inkişafa kömək edirlər. Bunun qarşılığında isə Amerika Birləşmiş Ştatları öyrədilmiş elm adamlarından ibarət bir qrupu təmas qurduqları irqin planetinə göndərəcək və bu vəziyyət 10 il sürəcək.
10 il sonra köhnə qrup geri dönəcək yerinə yeni qrup yollanacaktır. Eynı vəziyyət yadplanetli irq üçün də keçərli olacaq.
Zeta Reticuli planetində yaşayan zeta retikuli irqi ilə edilən razılaşma nəticəsində 1965-ci il ilə 1978-ci illər arasında pilləli olaraq 12 nəfərdən ibarət olan elm adamlarının zeta retikuliye göndərildiyinə dair sənədlər ortaya çıxmış və ya sızdırılmıştır. Bu mövzu kitablara, filimlere, televiziya proqramlarına və digər media programlarına da yansımışdır.
Bir UFO araşdırmaçısı olan Bill Ryan maraqlı bir məlumatı açıkladı. Amerika Birləşmiş Ştatlarının müdafiə nazirliyi ilə kəşfiyyat agentliyinin içində olan adının açıqlanmasını istəməyən təqaüdçü üst səviyyə bir səlahiyyətli 6 ədəd qrupun bu günə qədər yollandığından bəhs etdi. Buda hər qrup 12 nəfərdən ibarət olduğuna görə 72 adam edir. Gələn məlumatları ictimaiyyətlə paylaşan Ryan məlumatların doğru olub olmadıqları haqqında çox dərin araşdırmalar etdiklərini və etmiş olduqları araşdırmalar nəticəsində verilən bu məlumatların tamamilə gerçək olduğunu bildirmişdir.Bu məlumatları təsdiqləyən biri daha vardır. Yenə adının açıqlanmasını istəməyən Hava qüvvələrindən təqaüdçü hərbiçidir. Bu layihə üstündə özü şəxsən çalışmışdı. Ryana verilən məlumatlardan sonra Rayanı reaksiyası bu şəkildə olmuşdu: aman tanrım bu layihə, bu məlumatlar və bu edilənlər gerçəkmi? Təqaüdçü hərbiçi çox soyuq və ciddi bir şəkildə Ryana ‘bəli tamamilə gerçək’ cavabını vermiş və əlində olan bütün sənədləri Ryana təqdim etmişdir.
Yaxşı başqa şahidlər var idimi? yada bu mövzu haqqında danışan başqa kəslər var idimi? Təbii ki var idi!
Özünə adsız adı verən bir adamın dediklərinə baxsaq
“Mənim adım adsız. Mən Amerika Birləşmiş Ştatları hökumətinin təqaüdçü bir işçisi deyiləm. Mənim keçmişim haqqımda izah edəcəyəm bir şey yoxdur! mənim
keçmişim əhəmiyyətli deyil. Əhəmiyyətli olan izah edəcəklərimdir. Mən bu xüsusi proqramda (Serpo Layihəsi) yer almış birisiyəm. Amerika Birləşmiş Ştatları və zeta retikuliler arasında bir təmas olduğu həqiqətdir! Bu təmas New Meksikaya və Rosvell qəsəbələrinə düşən kosmos vasitələri (ufo) sonrasında başlamıştır. 1947-ci ildə düşən kosmos vasitəsi ilə başlayan ilk təmas 1949-cu ilə qədər inkişaf etmişdir.Rosvell qəsəbəsinə düşən kosmos vasitəsindən əldə edilən canlı varlıq sayəsində ilk təmasa başlanmışdır.”
Ancaq yaşanan digər UFO qəzalarından xilas olan yadplanetli canlı tapılmamışdır. Kosmik gəmi və varlıqlarının ölü bədənləri ələ keçirilmişdir. Kosmik vasitə və yadplanetli varlıqların ölü bədənləri Rayt PETERSON hava qüvvələri bazasında saxlanılmaqdadır. Əle keçirilən kosmik vasitənin ünsiyyət sistemini istifadə edərək bir əvvəlki qəzada canlı ələ keçirilən yadplanetli varlığın planeti ilə ünsiyyətə keçilmiş 1962-ci ilə qədər bu ünsiyyət sayəsində bir çox irəliləmə olmuş və SERPO LAYİHƏSİnə başlamağa qərar verilmişdir. Amerika Birləşmiş Ştatları və zeta retikuliler arasında edilməsi düşünülən bu layihə dəyişmə layihəsi adı ilə də bilinməkdədir. Demək olar ki, bütün qaynaqlarda həmişə ikinci göndərilən qrupun birinci qrup olaraq izah edilməsi yanıldıcıdır. Ancaq saxlanan bir gerçək vardır ki o da müvəffəqiyyətli olan ikinci qrupdan əvvəl çox gizli saxlanılan və açıqlanmayan birinci qrup və başına gələnlərdir.
İlk öncə açıqlanmayan birinci qrupu və başına gələnləri açıqlamağa çalışaq.
Serpo Layihəsinin bu ilk müvəffəqiyyətsiz sınağında keçmişə şüalanma vəziyyəti yaşandığı düşünülməkdədir. İlk serpo layihəsi 9-u kişi 1-i qadın olmaqla 10 nəfərdən meydana gəlməkdə idi. Ancaq qadın üzvün hamilə olduğu aydın olunca qrupdan çıxarılmaq məcburiyyətində qalındı və ulduz keçidinə 9 kişi getdi. Bu üzvlər zeta retikulilerin verdikləri təlimatlar üzərinə girdikləri ulduz keçidi ilə bizə 3 günəş sistemi uzaqlıqdakı bir yerə çatdılar ancaq əsl plan zeta retikuliye getmək idi. Ancaq ulduz keçidi onları bilinməyən bir səbəbdən ötəri başqa bir yerə göndərmişdir. Ulduz keçidinin məlumatları dünya planetinə bənzər iqlim şərtləri olan 7 fərqli planet olduğunu gösdərdi. Zeta retikulilerin səfər üçün insanlara vermiş olduqları gəmi zeta retikuliden Grays planetinə getmək üçün programlanmışdı. Təəssüf ki, gəmini istifadə edən insanlar istədikləri yerə gedə bilmədilər. Başqa bir yerə getdilər. Oradan ayrıla bilməyib orada qaldıqları zaman müddətində yeməkləri tükənmiş və buna görə qrupda olan 3 adam ölmüşdür. Bu vəziyyət ABŞ-ın etmiş olduğu çox böyük bir xəta idi. Əgər zeta retikulilerin təklif etdiyi kimi kosmik gəmini bir zeta retikulili pilot idarə etsəydi bu səhv asanca aradan qaldırıla və müvəffəqiyyət ilə sonuçlanardı. Hamilə qadının qrupdan çıxarılmasının səbəbi isə başqa bir planetdə, başqa bir zaman dilimində doğulacaq olan körpənin anasından çox daha yaşlı ola biləcəyi üçün və bu vəziyyətlə qarşılaşmamaq üçün bu vəzifədən uzaqlaşdırılması olmuşdur.
Ələ keçirilən hesabatlara görə üç il ərzində itən qrupdan heç bir xəbər alınmamışdır. Bir boz yadplanetli hərbi elm varlıqlarından biri harada olduqlarını tapdıqlarını və oraya gedib almalarının 10 dəqiqə davam edəcəyini deyib. Amerikanın güvənmədiyi yadplanetlilər 3 il ərzində ünsiyyət qurula bilinməyən sağ qalan 6 adamı geri gətirmişdilər.
İrəliləyən zamanlarda 6 adama təkrar getmək isdəyirsinizmi soruşulduğunda hamısından bəli cavabı gəlmişdir. Beləcə öncə gətirilən 6 nəfərlik qrupa 3 adam daha daxil edilərək bu səfər adı Ramu olan bir yadplanetli pilotun idarəçiliyi ilə təkrar yola çıxılmışdır. Təkrar ulduz keçidinin içindən keçən kosmik gəmi səbəbi bilinməyən və heç bir zaman bilinməyəcək bir səbəbə görə keçmiş bir zamana getdikləri düşünülməkdədir. Keçək ikinci qrupa. 10 kişi və iki qadından ibarət olan ikinci qrup çox böyük araşdırmalardan sonra xüsusi olaraq seçilmişdir. 1965-ci ilin iyul ayında Nevadada olan test hava sahəsinə eniş edən dünya xarici canlılar 10 il ərzində onlarla birlikdə yaşayacaq olan 10 kişi və 2 qadından ibarət olan qrupu almışlar. 10 il davam etməsi düşünülən bu layihənin ilk addımı 13 il sürmüşdür. 1978-ci ildə göndərilən 12 adamı geri gətirəcək kosmik vasitə dünyaya gəldiyində vəzifəliləri şok edən bir xəbər verildi. Gönderilen 12 adamdan 8-i sağ-salamat geri gəlmiş ancaq 2 adamın meyidi gətirilmişdir. Yaxşı digər 2 adam harada deyə soruşulduğunda isə yadplanetlilərin verdiyi cavab belə olmuşdur “onlar geri dönməyi istəmədilər. biri həyatını itirdi, digəri isə bizim planetimizdə həyatına davam etməkdədir” deyə cavab verdilər. Digər canlı dönən 8 adam da hadisəni və 2 kişinin də orada öz istəkləri ilə qaldığını təsdiqləmişlər.
Adsız adlı məlumat sızdıran və proyektdə çalışan adam göndəriləcək qrupun təhsillərində və necə seçildiklərindən də bəhs etmişdir. Vasvası bir araşdırma və çox çətin bir təhsil proqramından keçirilən namizədlərə hərbi təhsil psixoloji təhsil və bu vəziyyətə yəni bu səfərə hazır olub ola bilmədiklərini anlamaq məqsədi ilə yüzlərlə dəyişik təhsil verildiyini və bu təhsillərin sonucusunda 56 min adam arasından yalnız ən müvəffəqiyyətli 12 adamın bu səfərə çıxa biləcəyini bəhs etmişdir. Bu təhsillərin edildiyi yerlər Amerikada olan müxtəlif hərbi bazalar və Amerika Birləşmiş Ştatları xaricində çox gizli olan bir çox yerdə həyata keçirildiyini bəhs edib. 10 il davam edəcək olan bu səfər üçün ailəsi olmayan fərdlərin seçilməsi nəzərdə tutulurdu. 9 ay davam edən səfər üçün bir adamın səfər üçün lazımlı vəsaitlərinin və ehtiyac xərclərinin 200 min dollar tuttuğundanda bəhs etmişdir. Daha çox məlumat verməyən adsız adlı adamın söylədikləri belə bir çox hadisəni ortaya çıxartmağa yetmişdir. Əgər bu şərhlər gerçəkdirsə dünya insanı 1965-ci illərdən bəri kosmosda səfər edir. Biz hələ aya gedildimi gedilmədimi deyərkən, mübahisə edərkən arxa planda nə qədər böyük layihələr həyata keçirilir.
General Ramsey, Alman Vril, Alman fizikaçı Maria Orsic “SERPO Layihəsi” haqqında bir çox şey bilirdi. İçəridəki kəslər, buna “Layihə 33” deyirdi. 70-ci illərin sonlarında 10 nəfərlik ABŞ hərbi qrupu, dünya xarici varlıqların planetini ziyarət etmək üçün göndərilmişdi. Planlaşdırılan 10 illik qalma, Amerika Birləşmiş Ştatları ilə yadplanetlilər arasındakı dəyişmə proqramının bir parçası idi.
SERPO Layihəsi, eyni zamanda içəridəki insanlar tərəfindən “Kristal Cəngavər Layihəsi” olaraq da bilinməkdə idi. Layihə, Müdafiə Kəşfiyyat Birliyi (DIA), Hava qüvvələri, CIA və NASA tərəfindən planlanmış və maliyyə edilmişdi. Baş ofisləri – Edwards Hava Qüvvələri hərbi bazası, Rosamondun şərqi, Kaliforniya, Rogers Gölü və Rosemon Gölü.
51-ci bölgənin quruluşu və Serpo Layihəsi
1947-ci ilin iyul ayında ABŞ Roswell qəsəbəsinə bir kosmik vasitə düşər. İlk şərhlər bunun bir UFO olduğu istiqamətində olsa da səlahiyyətlilər daha sonra bunun bir meteorologiya balonu olduğunu söyləyərlər.
Köhnə bir 51-ci bölgə çalışanının dediyinə görə düşən vasitədən 4 cəsəd və 1 canlı ortaya çıxmışdır (kimilərinə görə 5 ekipaj da xilas olmuşdur amma necə bəslənəcəkləri bilinmədiyi üçün dördü ölmüşdür).
Yadplanetlilərin boyları 1 metr 20 santimetr ətrafında, 25 kilo, ağ gümüşü bədənli, geniş qara gözlü, 3 sm dodaqlı, 4 uzun barmaqlı, bədənlərində oynaq yox, qulaqları kütləşmiş, yerinə qara kiçik dəliklər var, dişləri tək bir qığırdaqdan ibarətdir, həmçinin gümüşü rəng paltar geyir, bu paltarlar incə amma dəmir qədər sərt, dəriləri çox incədir.
Gələk xilas olan yadplanetliyə. Onun xarici görünüşü də ölən 4 yadplanetliyə bənzəsə də cinsi orqanı yox idi. Ayrıca bu yadplanetli bir yaşayan forma deyildi. Daxili orqanı yada həyatda qalmaq üçün yemə, içmə, yatma kimi hərəkətləri olmayan bir varlıq idi.
Zehni yolla edilən danışmada adının “Əba” olduğunu, bir şeyə ehtiyac duymadığını, buraya heyəti ilə nüvə enerjisinin qaynağını izləmək üçün gəldiklərini amma atmosferdəki bir enerji boşalması üzündən düşdüklərini, vasitələrini zehin yolu ilə yönlendirdiklerini söylədi ayrıca irqi ilə əlaqədar bu məlumatları verdi.
Tek Tanrılı bir inancları var və bu inanca son dərəcə bağlılar, hər bir fərd cəmiyyətdə bir vəzifə üçün çalışır ayrıca bu kainatda başqa ağıllı canlılar daha olduğunu amma Grays (bizim bu irqə taxdığımız ad) bu kainatdakı ən üstün varlıqlar olduqlarını bu planeti tamamilə ulduz xəritəsindən silə biləcək silahlarının olduğunu, bu planeti daha biz ortaya çıxmadan minlərlə hətta milyonlarla il əvvəl araşdırdıqlarını amma siyasətlərinin “izlə və qarışma” olduğunu söylədi.
“Sizinkilər səni nə zaman alar” sualına “dəqiqələr bəlkə saatlar” demişdir. (Bunu dedikdən 2 il sonra onu almaq üçün bir kosmik gəmi yollandı).
Çıxışın 2-ci yarısında bir səlahiyyətli daha otaqda idi amma Əba bu səfər soruşulan heç bir suala cavab vermədi aydın uzaqdan gələn bir əmr ilə özünü bağlamışdı.
Serpo Layihəsi
Bu hadisədən bir müddət sonra ABŞ-lı səlahiyyətlilər ilə Grays arasında bir müqavilə imzalandı. Buna görə ABŞ və Grays bütün ABŞ-ı tunellər ilə bir-birinə bağlayan nəhəng bir yeraltı baza quracaq və burada ABŞ-ın rəhbərliyi altında Grays təcrübələrini edəcəklər və ABŞ-a hesabat verəcəklər (51-ci bölgə və 52-ci bölgə Dulce bazasının bir parçasıdır). Bu o deməkdir ki, bütün bu UFO qaçırma hadisələrinin hamısı gerçəkdir! Grays, ABŞ nəzarəti altında vətəndaşların qaçırılmalarına icazə verir onların eksperiment aparmalarına göz yumulurdu. Səbəb olaraq bu təcrübələrin insan biyolojisinə zərər vermədiyini deyirdi lakin Grays qaçırılan insanlar ilə əlaqədar qeyri-kafi məlumat verildikdə 2 irq arasındakı iplər gərilir amma hər şey Serpo layihəsi üçün verilən kiçik fədəkarlıqlardır.