Yuxuda At gormek, yuxunun necə görüldüyünə əsasən dəyişir. Bundan başqa yuxuda at görmək, böyük uğurlardan və naliyyətlərdən xəbər verir. Yuxuda atın üzərinə mindiyini görmək isə daim ucalmağa və uğurlarının daimi olacağına işarədir. Çox xeyirli və yaxşı şeylərə işarə edir.
İnsanın yuxuda at görməsi əldə edəcəyi qələbələrə işarə etməsi ilə yanaşı, işində yüksələrək daha yaxşı vəzifələrə keçməsinə əlamət edir. Həmçinin at yol mənasına da daşıyır. Əgər kimsə yuxusunda ağ at görsə, yuxusu rəqibinə qarşı qalibiyyət əldə edəcəyi mənasına gəlir. Əgər yuxuda qara at görmüsüzsə liderliyə, idarəçiliyə, dövlət rəhbərliyinə işarə etməklə yanaşı var dövlətə də işarə edir. Körpə gözləyən bir şəxs yuxuda ata mindiyini görsə körpənin cinsiyyəti oğlan ola bilər. Yuxuda görünən qırmızı maydan çox hərəkətli, yerində dayana bilməyən amma dini inancı da qüvvətli olan bir qadına işarə edir. Yuxuda qarışıq at belə desək at ilə eşşəyin qarışığı yaxud böyük at və kiçik növ atların qaşığını görmek ise, alicənablığa, staja və qürura işarət edir.