Yuxuda Ordek gormek nedir ?

 Yuxuda Ordek gormek nedir ?

Yuxuda Ordek gormek nedir ?

Yuxuda Ördək görmək nədir ? - Ümumi şərh

Yuxuda ördək görmək gözəl həyatın başlanğıcı kimi yozula bilər və eyni zamanda yaxşı bir insanla həyat yoldaşı olaraq münasibət quracağınıza işarədir. Yuxuda otda ördək görmək bol maddi qazanc və iş həyatında yüksək mövqelərə işarə edir.

Yuxuda Ördək görmək

Yuxuda ördək görmək uğurlu həyata işarə edir. Yuxuda üzən ördək görmək həyatınızın daha dinc keçəcəyinə və bu vəziyyətdən razı qalacağınıza işarədir. Yuxuda təmiz ördək görmək, yaxın vaxtlarda qarşınıza uğurların gələcəyinə işarə edir. Yuxuda ördək tutmaq toplu şəkildə əldə ediləcək qazanclara işarə edir.

Yuxuda ördək görmək, işinizdə əldə edəcəyiniz uğurlarla zirvəyə doğru yolda olacağınız deməkdir.

Yuxuda Ördək Tutmaq: Evlənməyə hazırlaşdığınız deməkdir. Tutduğunuz ördəyin əskik olduğunu görmək, birlikdə olduğunuz insandan ayrılacağınız deməkdir.

Yuxuda Ördək Vurmaq

Yuxuda ördək vurduğunu görən adam işindən istefa verəcək, ya da ticarət həyatında böyük bir böhran yaşayaraq maddi ziyana məruz qalıb, bir müddət ağrılı və çətin günlər keçirəcəkdir.

Yuxuda Ördək Kəsmək

Yuxuda ördək kəsdiyini görən adamın dolanışıq dərdi olmaz, ailə həyatı da rahat, arzuladığı kimi, əmin-amanlıq ilə keçər. Yuxuda ördək kəsmək adətən cəfakar olan və qədr qiymət bilən xanım kimi yozulur.

Yuxuda Ördək Balası Görmək

Yuxuda ördək balası görmək yuxu yiyəsinin ətrafındakı gənc oğlanlara və qızlara işarətdir.

Yuxuda Ağ Ördək Görmək

Yuxuda ağ ördək görmək xoş, cəlbedici və əndamlı yoldaşa işarətdir.

Yuxuda Ördək Ovlamaq

Yuxuda ördək ovladığını görmək yaxşı deyil. İnsanın maddi itkilərə məruz qalacağı kimi yozulur.

Yuxuda Ördək Yumurtası Görmək

Yuxuda ördək yumurtası görmək başda övlad sahibi olmağa işarə edərkən ayrıca, sənətkar bir kəsə də işarə edir. Yuxuda ördək yumurtası görmək yalnız yaxşı şeylərə və yaxşı insanlara deyil, fəsad və boşboğazlara də işarət edir.

Şərh göndərin

Daha yeni Daha eski