Yuxuda Fil gormek nedir ?

Yuxuda Fil gormek nedir ?


Yuxuda fil görmək, yaxşı və xeyirli hadisələrin inkişaf edəycəyinə, buna görə də yuxu görənin qəm, kədər, dərd və sıxıntılarından xilas olaraq rahatlaşacağından xəbər verir. Fil iri, güclü və cüssəli heyvan olduğuna görə yuxu sahibinin cəmiyyət arasında hörməti saxlanıb, sayılacağına, varlanıb var dövlət sərvət sahibi olacağı kimi yozulur.

Yuxuda fil görənin, həm sevgi həm dəki iş həyatı qaydasına düşəcək və rüzisinin azalmayacağı mənasına gəlir. Fil başqa şəkildə də ifadə edilir. Özünü bəyənmiş və malı ilə öyünən şəxs olaraq şərh edilərkən, xortumunu yellədən bir fil görmək adamın işini itirməsinə və ya vəfat etməsinə işarətdir.

Yuxuda Filin Üstünə Minmək

Yuxuda bir filə minərək hündürə qalxdığını görən adam, ticarət həyatında bir anda təəccübləndirəcək qədər yüksələcək və bol qazanc əldə edəcək deməkdir. Yuxuda yerdən, birbaşa  filə minmək xoşbəxt və təmiz bir evilik mənasına gəlir.

Yuxuda Fil Əti Yemək

Yuxuda fil əti yemək, mal, mülk, pul cəhətədən gələcək olan qismətə işarətdir.

Yuxuda Qaçan Fil Görmək

Yuxuda kimisə fil qovalasa, maddi olaraq çətinliyə düşər, filin özünü tutması isə düşmənləri, ya da rəqibləri tərəfindən məğlub ediləcəyi mənasına gəlib çıxır.

Yuxuda Fildən Qorxmaq

Əgər kimsə yuxuda fildən qorxduğunu görsə, ya da filin özünü qorxutduğunu görsə, bu xəstə yiyəsinin səhhəti ilə bağlı problemlərin baş verəcəyindən xəbər verir.

Yuxuda Fil Xortumu Görmək

Yuxuda filin xortumu görmək çox xeyirlidir. Xüsusi ilə də fil xortumu ilə yuxu sahibinə vurarsa, qismət və ruzi mənasına gəlir

Yuxuda Fil Hücumu

Kiməsə yuxusunda fil hücün edərsə və əzib zərər yetirərsən dövlət qurumlarından rəsmişəkildə bir cəza borcu gələcəyindən xəbər verir.

Şərh göndərin

Daha yeni Daha eski