Yuxuda Limon gormek nedir ?

 Yuxuda Limon gormek nedir ?

Yuxuda Limon gormek nedir ?
Yuxuda limon görmək bəzi problemlərin baş verəcəyinə işarətdir. Limon eyni zamanda sağlamlıqla əlaqəli problemlərin üzə çıxacağının mənasına gəlir. Yaşıl qabıqlı limon kədərə, qəmə və ürək sıxıntısına səbəb olacaq hadisələrin baş verəcəyinə işarə edir. Bir digər yozuma görə yuxuda limon görmək qarşısındakını alçaltmağa, xor görməyə və balaca görməyə yozulur.
Kimsə yuxusunda başqa birindən limon aldığını görsə, yuxu sahibi həmin adama nifrət edəcək deməkdir. Yuxuda sarı qabıqlı olan meyvə və tərəvəzlərin ümumiyyətlə yaxşı yozulmaması ilə yanaşı, səhət ilə əlaqədli problemlər kimi yozulur. Yuxuda limon görmək bəzən də adamın haqsızlıla üz-üzə qalıb, layiq olmadığı sözlər eşidərək incidilib, böyük bir fəlakət yaşayacağına və ətrafında olan şəxslər tərəfindən kürəyindən bıçaqlanmasına yozulur.

Yuxuda Limon Ağacı Görmək

Yuxuda limon ağacı görmək, gülər üzlü, təvazökar, hər kəsin dərdini dinləyən, anlayışlı, mehriban və hamıya kömək edən, dəstək olan bir kimsəyə yozulur.

Yuxuda Limon Yemək

Yuxusunda limon yediyini görən şəxs, müvəfəqiyyətli və düzgün həyatına görə ətrafındakı adamların, yuxu sahibini gözləri götürmür deməkdir. Bu insanın ətrafı kəm gözlərlə doludur. Həmçinin yuxusunda limon yediyini görən adam gözləmədiyi şəkildə pis bir hadisə yaşayacaq, ya da pis söz eşidəcək manasına gəlir.

Yuxuda Limonad Görmək

Yuxuda limonad görmək çox yaxşıdır, insanın həyatında gözəl və xoşbəxtlik verici bir çox inkişafın baş verəcəyinə işarətdir.

Yuxuda Limonad İçmək

Kimsə yuxusunda limonad içdiyini görərsə əgər özünü yüngül və yaxşı his etməsini təmin edən sözlər və xəbərlır eşidəcəyi kimi yozulur.

Şərh göndərin

Daha yeni Daha eski