Yuxuda Zencir gormek nedir ?
Yuxuda dəmir zəncir görmək bəla və kədərə işarədir.
Zəncirlə bağlı olduğunuzu görmək çətinliyə düşəcəyinizə işarədir.
Qızıl zəncir şərəfli və parlaq gələcəyə işarə kimi yozulur.
Yuxuda zəncir görmək qadının uzunömürlü olmasına və halal mülkə yozulur.
Zəncirlənmək və ya zəncirlə baglanmaq yuxulari yaxşı deyil.
Yuxuda zəncirləndiyinizi və ya bağlandığınızı görmək, kədər və qəm-qüssə düşəcəyinizə işarədir.
Bir şəxs yuxuda boynunda zəncir olduğunu görsə, əxlaqı pis olan qadınla evlənəcəyinə işarədir. Boynunda gördüyü zəncir gümüşdəndirsə, yuxu görənin qadın tərəfindən zülmə məruz qalacağına işarədir. Yuxusunda gördüyü bu zəncir, əgər qızıl zəncirdirsə, yuxu görənin mal baxımından ziyana uğrayacağına işarə edir. Yuxuda görülən zəncir misdən hazırlanmış zəncirdirsə, mal və ya mal baxımından zərər görəcəyinə işarə edir. Yuxuda gördüyü zəncir qalay və dəmir zəncirdirsə, ticarətinin pozulacağına, maddi sıxıntıya düşəcəyinə yozulur.
Yuxuda görülən zəncir bəzən işlərin durğunluğuna, işlərin çətinləşdiyinə işarə kimi yozulur.
Bir insan yuxuda qandallandığını görsə, böyük bəlalara düçar olacağına işarədir. Yuxuda köhnə hökmdarların zəncirini görmək məzlumlara kömək və qələbəyə, ölkə xalqına isə ədalətli hökmdarlara işarə edir. Yuxuda zəncir görmək həm də güc tapmağa işarədir.