QURBAĞALAR YARIŞIR
Həmişə dovşanla tısbağa yarışası deyillər ki? Bu səfər qurbağalar öz aralarında yarışmağa qərar verirlər. Yarışmanı qazanmaq üçün isə yaşadıqları dərənin kənarında yerləşən hündür bir ağacın təpəsinə çıxmaq lazım idi. Yarışan qurbağalar ağacın önündə düzülmüş, digərləri isə ətrafa yayılıb onları seyr edirdilər.
Yarış başlamışdı. Hərçənd izləyici qurbağaların heç biri yarışan qurbağaların belə bir hündür ağacın təpəsinə çıxa biləcəyinə inanmırdılar. İzləyicilər arasında bu cür cümlələr eşidilirdi:
Yazıqlar! Heç vaxt ağacın başına çıxa bilməyəcəklər!
Zaman irəliləyirdi, lakin izləyici qurbağalar eyni cümlələri təkrar edirdilər:
Yazıqlar! Heç vaxt ağacın başına çıxa bilməyəcəklər!
Nəhayət, yarışan qurbağaların birindən başqa digərləri həvəsdən düşmüş, yarışmadan kənarlaşmışdılar. Həmin bir qurbağa təkrar-təkrar cəhd etmiş və ağacın başına çıxa bilmişdi.
Qurbağalar heyrət içində onun bu işi necə etdiyini öyrənmək istəyirdilər. İçlərindən biri ona yaxınlaşdı və ağacın başına necə çıxa bildiyini soruşdu. Həmin an qurbağalar anladılar ki, yarışmanı qazanan qurbağa kar imiş.
Bizlərə xəyallarımızı reallaşdıra bilməyəcəyimizi, hədəflərimizə çatmayacağımızı söyləyən insanlar hər zaman olacaqdır. Çalışın belələrinə qarşı kar olun.
Yazdı: Əliəkbər