Sobada Toyuq Kababı Resepti
Tərkibi:
- toyuq filesi – 2 əd.;
- bitki yağı – 2 x.q.;
- sarımsaq – 2 diş;
- şəkər tozu – 1 x.q.;
- keşniş – 1 x.q. (qurudulmuş və ya təzə);
- istiot və duz zövqə görə.
- bitki yağı – 2 x.q.;
- sarımsaq – 2 diş;
- şəkər tozu – 1 x.q.;
- keşniş – 1 x.q. (qurudulmuş və ya təzə);
- istiot və duz zövqə görə.
Hazırlanması:
Çöp şişləri 30 dəqiqə suda saxlayırıq. Toyuq filesini zolaq şəklində doğrayırıq.
Bitki yağı, sıxılmış sarımsaq, şəkər tozu, kişniş, istiot və duzu qarışdırırıq . Sonra doğranılmış toyuq filesini çöp şişlərə keçirib, hazırlanmış qarışığın içində 2 saat saxlayırıq.
Daha sonra sobanı 200 dərəcədə isidib şişləri formaya (sobanın qabına) yerləşdirib 20 dəqiqə ərzində bişiririk.
Kabab bişdikdə qızılı rəngdə olmalıdır. Şişləri bir dəfə çevirməyi unutmayın.